Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Bu gün axşam saatlarından başlayaraq
ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir. Tezadlar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Belə ki, Naftalan, Goranboy, Ceyrançöl, Şəmkir, Tovuz, Ağstafa, Gəncə, Qəbələ, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Yardımlı, Lerik, Lənkəran, Astara, Şəki, Qax, Zaqatala, Balakən və Oğuzda fasilələrlə yağış yağır.
Göygöl, Gədəbəy və Daşkəsəndə isə arabir qar yağması müşahidə olunur. Daşkəsən, Göygöl, Balakən, Qax Şəki, Qəbələ, Oğuz və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.