Ötən gecə Bakının Xətai rayonu ərazisindəkı “Venetsiya” Şadlıq Sarayında keçirilən toyda baş verən kütləvi zəhərlənmə nəticəsində Kliniki Tibbi Mərkəzə 30- a yaxın insan hospilitizasiya olunub. Tezadlar.az xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova deyib. Onun sözlərinə görə, hazırda həmin şəxslərə müvafiq tibbi yardım göstərilib.
Xatırladırıq ki, restoranda ürəkbulanma və başgicəllənmədən şikayətlənən şəxslər Kliniki Tibbi Mərkəzə aparılıb.
Araşdırma aparılır.
Sual olunur: bəs deyirdilər ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi( AQTA) şadlıq saraylarına ciddi nəzarət edirş daha at və eşşək əti gətirilmir, yaxud köhnə qidalar təkrar istifadəyə verilə bilməz və s. Bəs bu nə biabırçılıqdır?
A.Məmmədli