15 Noyabr 2025 / 14:09

Bu səbəbdən 700-dən çox sərnişin Norilsk hava limanında qalıb

Pis hava şəraiti səbəbindən Norilsk hava limanında 700-dən çox sərnişin qalıb. Şəhər üçün fırtına xəbərdarlığı edilib.

Tezadlar.az bildirir ki, Rusiya Daxili İşlər Nazirliyinin Sibir Federal Dairəsi üzrə Nəqliyyat Departamenti bu barədə VKontakte-də məlumat verib.

“Hazırda hava limanı terminalında 700-dən çox sərnişin var”, – bəyanatda deyilir.

Departamentin məlumatına görə, hava limanı terminalında asayişin və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülür. İnsanların otellərinə çatmasına kömək etmək üçün hava limanına avtomobil karvanı göndərilir.

Şəhər üçün fırtına xəbərdarlığı edilib. Küləyin sürəti 30 m/s-yə çata bilər. Norilsk-Kayerkan-Alykel və Dudinka-Alykel yollarında bütün növ nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb. Noyabrın 15-i gecəsi Murmansk vilayətində güclü qar fırtınası səbəbindən bir neçə regional magistral yol bağlandığı bildirilib. Küləyin sürəti saniyədə 25-30 m-ə çatıb və görünürlük demək olar ki, yox olub.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!