Əsas məzmuna keç

Bu torpaq hərraclarında kim uduzacaq kim udacaq…

Dekabrın 17-də Azərbaycanın müxtəlif regionlarında 19 torpaq hərracı keçiriləcək. Tezadlar.az xatırladır ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) istinadən xəbər verir. Məlum olur ki, bu hərraclar Dövlət Xidmətinin Mingəçevir, Bərdə, Xaçmaz, Cəlilabad və Şəki ərazi şöbələrində təşkil olunacaq. Satışa bələdiyyə orqanlarına məxsus 19 torpaq sahəsi çıxarılacaq. Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.

Hərrac öz yerində: alan alacaq, satan satacaq. Bəs bunun kənd təsərrüfatındakı istehsalımıza bir xeyri olacaq, ya yox?! Ət ucuzlaşacaqmı? Soğanın qiyməti neçə olacaq? Azərbaycana, cənab Prezident demiş, nəticə lazımdır…

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…