Paytaxtın hərəkətin intensiv olduğu ərazilərində polis əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparırlar.
Əsas məqsəd nəqliyyatın fasiləsiz hərəkətini, avtobusların dayanacaqlara rahat giriş-çıxışını, sərnişin və piyadaların təhlükəsizliyini təmin etməkdir.
Tezadlar.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev sosial media hesabında bildirib.
“Metrostansiyaların çıxışları, avtobus dayanacaqları və sıxlıq yaranan ərazilərdə hərəkətə mane olan hallar operativ şəkildə aradan qaldırılır.
Sürücülərdən xahiş olunur ki, dayanacaqda və hərəkətə mane olacaq yerlərdə avtomobili saxlamayın. Bir avtomobilin qaydasız saxlanması bütöv hərəkəti ləngidə bilər.
Qaydaya əməl et ki, yol açılsın, hərəkət davam etsin!”, – deyə Elşad Hacıyev qeyd edib.






