Əsas məzmuna keç

BULVAR İDARƏSİNİN YENİ SƏDRİ KEMBRİC UNİVERSİTETİNDƏ MAGİSTR TƏHSİLİ ALIB – DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Xanlar Adil oğlu Ağalarov Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri təyin olunub. 

TEZADLAR.AZ yeni sədrin dosyesini təqdim edir:

Xanlar Ağalarov bu təyinatadək Mədəniyyət Nazirliyində Aparat rəhbəri kimi fəaliyyət göstərib. Bundan öncə isə Prezident Administrasiyasının Strateji araşdırmalar və planlaşdırma şöbəsində, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsində müxtəlif vəzifələrdə çalışıb.

O, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib, 2015-2016-cı illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr dərəcəsi alıb. Eyni zamanda, Kembric Universitetində dövlət siyasəti üzrə magistr təhsili alıb.

trend

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…