Əsas məzmuna keç

BUNA GÖRƏ FÖVQƏLADƏ VƏZİYYƏT ELAN EDİLDİ

ABŞ-ın Kaliforniya ştatında anomal istilərlə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Bu barədə ştatın qubernatoru Qevin Nyusom qərar verib.

Qeyd olunur ki, Kaliforniyanın bəzi rayonlarında temperatur 48 dərəcəyədək çatıb.

Ştat rəhbərliyi enerji sisteminə düşən gərginliyin azaldılması məqsədilə elektrik enerjisinin fasilələrlə verilməsini qərara alıb. Qubernator Q.Nyusom sakinləri paltaryuyan və qabyuyan kimi maşınlardan bir neçə gündən bir istifadə etməyə çağırıb.

Xatırladaq ki, ötən il Kaliforniyada 49 dərəcəyədək çatan anomal istilər irimiqyaslı meşə yanğınlarına səbəb olmuşdu.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…