Əsas məzmuna keç

BUNDESTAQ RUSİYA RAKETLƏRİNİN MƏHV EDİLMƏSİNİ TƏKLİF EDİB

Bir neçə alman parlamentari Rusiyanın Ukrayna üzərindəki raketlərinə qarşı çıxmaq üçün NATO ölkələrindən Qərbin zenit sistemlərindən istifadə etməyi təklif edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeitung” qəzeti yazır.

Müxalifətdə olan Xristian Demokrat İttifaqından (CDU) deputat Roderix Kizevetterin sözlərinə görə, Avropa ölkələri “transsərhəd” hava hücumundan müdafiə sisteminin köməyi ilə Ukrayna üzərində Rusiya raketlərini məhv edə bilər.

Bundan əvvəl Rusiyanın “Buk-M3” zenit-raket komplekslərinin ATACMS raketlərini vurmaq qabiliyyətinə malik olduğu məlum olub. Aerokosmik Müdafiə Analitik Mərkəzinin nəşrindən belə çıxır ki, “Buk-M3”-də həyata keçirilən texniki həllər Ukrayna qoşunlarının malik olduğu və ya gələcəkdə ola biləcəyi istənilən ballistik raketləri ələ keçirməyə imkan verir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…