18 Aprel 2026 / 01:39

Burhanəddin Duran: Türkiyə ilə Azərbaycan arasında dərin köklü qardaşlıq əlaqələri möhkəmlənir

Rabitə direktoru Burhanəddin Duran Antalya Diplomatiya Forumu 2026 çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Rabitə direktoru Burhanəddin Duran, Türkiyə Radio və Televiziya Korporasiyasının (TRT) “Qlobal Rabitə Tərəfdaşı” kimi qatıldığı Belek Turizm Bölgəsindəki NEST Konqres Mərkəzində keçirilən Antalya Diplomatiya Forumu (ADF) 2026-da Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Tezadlar.az xəbər verir ki, Duran görüşlə bağlı sosial media hesabında bunları paylaşıb:

“Türkiyə ilə Azərbaycan arasında dərin köklərə malik qardaşlıq əlaqələri ortaq tarixə və güclü əməkdaşlıq anlayışına əsaslanaraq hər sahədə möhkəmlənməyə davam edir. Görüşümüz zamanı kommunikasiya, media və ictimai diplomatiya sahələrində atıla biləcək birgə addımlara diqqət yetirdik.

Dezinformasiya ilə mübarizə, dəqiq məlumatların effektiv şəkildə paylaşılması və strateji kommunikasiya sahəsində koordinasiyanın artırılması barədə razılığımızı təsdiqlədik. Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın müəyyən etdiyi vizyon çərçivəsində dost və qardaş Azərbaycanla sıx əlaqədə güclü əməkdaşlığımızı davam etdirəcəyik.”

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!