Əsas məzmuna keç

BUZ PARÇASI BİR NƏFƏRİ O DÜNYALIQ ETDİ

Dekabrın 18-də səhər saatlarında Sankt-Peterburqda bir nəfər başına evin damından buz parçası düşməsi nəticəsində dünyasını dəyişib.

Məlumata görə, hadisə səhər saat 5 radələrində Meçnikov prospektindəki evlərdən birinin yaxınlığında baş verib.

“Növbətçi məntəqə ilə əlaqə saxlayan hadisə şahidi bir nəfərin küçədə qarın içində yatdığını söyləyib”, – şahid bildirib.

Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları kişinin öldüyünü müəyyən ediblər.

Hazırda hadisənin baş vermə şəraiti və mərhumun şəxsiyyəti müəyyənləşdirilir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…