Əsas məzmuna keç

Buzovnada itkin düşən qadın könüllü getdiyini deyib

Bakı şəhəri, Xəzər rayonunda 20 yaşlı qadın itkin düşüb.

Tezadlar.az-ın xəbərinə görə, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, rayonun Buzovna qəsəbəsində yaşayan Şəfa Bayrızadənin evdən xəbərsiz çıxaraq geri qayıtmaması barədə polisə məlumat daxil olub.
Həmin şəxs axtarışa verilib. İlkin axtarışlar nəticəsində polis onun şəxsi sosial şəbəkə hesabı vasitəsi ilə əlaqə saxlaya bilib. Şəfa Bayrızadə könüllü olaraq evdən getdiyini bildirsə də olduğu yer barədə məlumat verməkdən imtina edib.

Hazırda həmin şəxsin yerinin müəyyən edilməsi və bu barədə yaxınlarına məlumat verilməsi istiqamətində əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər davam etdirilir.

Qeyd edək ki, Şəfa Bayrızadə evli olub, bir övladı var.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…