Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 May 2023 / 11:37

CƏNUBİ AFRİKA PREZİDENTİ PUTİN VƏ ZELENSKİ İLƏ DANIŞIQLAR APARIB

Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar aparıb.

Bloomberg xəbər verir ki, Cənubi Afrika lideri bu barədə Sinqapurun baş naziri Li Syan Lunqla görüşü zamanı bildirib.

Siyasətçi bildirib ki, dövlət başçıları Afrika liderlərinin Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli missiyasını qəbul etməyə hazırdırlar. “Bu sülhməramlı missiya bu münaqişəyə son qoymağa yönəlmiş müxtəlif digər missiyalara töhfə verəcək”, – Ramafosa deyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!