12 İyul 2021 / 11:37

CAHİT BAĞÇI “QIRMIZI KÖRPÜ”NÜN FƏALİYYƏTİ İLƏ TANIŞ OLUB

Türkiyə Respublikasının ölkəmizdəki səfiri Cahit Bağçı, Türkiyənin Gəncə şəhərindəki Baş konsulu,

səfirliyinin ticarət müşavirləri Dövlət Gömrük Komitəsinin (DGK) aidiyyəti strukturlarının rəhbərləri ilə birlikdə Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” gömrük postunun fəaliyyəti ilə yaxından tanış olublar.

DGK-dan TEZADLAR.AZ-a bildirilib ki, Dövlət Gömrük Komitəsinin nümayəndələri səfir C.Bağçıya tranzit daşımalar, “Yaşıl dəhliz” buraxılış sistemi, sərhədkeçmə proseslərinin təşkili, stasionar gömrük nəzarət baxış sistemləri barədə məlumat veriblər. Eyni zamanda, qardaş ölkənin səfiri gömrük postunda türkiyəli sürücülərlə görüşüb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!