Əsas məzmuna keç

Cammu və Kəşmirin paytaxtında partlayışlar baş verib

Partlayışlar Hindistan birliyinin ərazisi olan Cammu və Kəşmirin paytaxtı Şrinaqarda Hindistan və Pakistan arasında atəşkəs razılaşmasından bir neçə saat sonra baş verib.

Tezadlar.az bildirir ki, bu barədə regionun baş naziri Ömər Abdulla məlumat verib.

“Atəşkəsə nə oldu? Şrinaqarın hər yerindən partlayışlar eşidildi”, – o, X-də yazıb.

“ANI” xəbər agentliyi Udhampur şəhəri üzərində səmada dronların göründüyünü bildirib. Hava hücumundan müdafiə sistemi işə salınıb, şəhərin elektrik enerjisi kəsilib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…