1 Dekabr 2025 / 13:35

CAR təhsil nazirinin müavini BANM-ı ziyarət edib – FOTOLAR

Cənubi Afrika Respublikasının (CAR) ali təhsil və təlim nazirinin müavini Nomusa Dube-Ncubenin rəhbərlik etdiyi nümayəndə heyəti  Bakı Ali Neft Məktəbində olub.
Tezadlar.az xəbər verir ki, bu barədə BANM-ın rektoru Elmar Qasımov sosial media hesabında bildirib.
“Cənubi Afrika Respublikasının (CAR) ali təhsil və təlim nazirinin müavini xanım Nomusa Dube-Ncubenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanda səfəri çərçivəsində Bakı Ali Neft Məktəbində (BANM) görüşdük.
Görüşdə CAR universitetləri ilə BANM arasında əməkdaşlıq perspektivləri, tələbə-müəllim mübadiləsi imkanları, birgə elmi-tədqiqat işlərinin həyata keçirilməsi, yay məktəblərinin təşkili barədə müzakirələr aparıldı.
Qonaqlar BANM-in əsas kampus binası, buradakı laboratoriyalar ilə də tanış oldular”, – deyə rektor qeyd edib.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!