Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 May 2025 / 19:45

Casus tələsi – II yazı

İyirminci yüzilliyin  səksəninci illərində modernist yazı üslubu ilə Azərbaycan ədəbiyyatına gələn, ədəbiyyatımızda yeni – siyasi detektiv janrın bünövrəsini qoyan, əsərlərinin mövzu dairəsi yanlız detektiv janrında yazılmış əsərlərlə məhdudlaşmayan, cəmiyyətin mənəvi və sosial problemlərini özündə etiva edən əsərləri ilə də ədəbiyyatımıza öz töhvəsini verən Çingiz Akif oğlu Abdullayev ədəbiyyatımıza bir meteorit kimi daxil oldu və şimşək kimi çaxaraq hər tərəfə parlaq işıq salmağa başladı.

Bu gün də bu parlaq işığın  ziyası uzaqlardan görünən üfüq şəfəqinə bənzəyir. Yaradıcılığa tələbəlik illərindən başlayan Ç.Abdullayev məqalə, oçerk və hekayələri dövri mətbuatda vaxtaşırı çap olunmuşdur. Ədəbiyyatımıza əsasən “Vals” (1981) və “Bir tikə çörək” hekayələri ilə daxil olan Ç.Abdullayev 1988-ci ildə “Mavi mələk” və daha sonra isə tirilogiya şəklində yazdığı “Əclafların qanunu”, “Əclafların əqidəsi” və “Əclafların vicdanı” romanları ilə yaradıcıllıq yolunu qəti şəkildə müəyyənləşdirmişdir. Yazıçının “Qırmızı zəngin gizlədilməsi”, “Nyu-Yorkda sərgilər”, “Əbədi sükut”, “İblisin süqutu”, “Yeni cəngavər qadınların qəbiləsi” ( 2013), Bolqarıstanda (“Herodun kölgəsi” (1996) “Adında şər” (2005) və “Adında xəyanət”(2005)), “İsveçdə Qaranlıq simfoniyası”(2000), Ruminiyada (“Dranqo” (2004) və “Günəş altında qaranlıq” (2009)), Fransada (2012-2015) ( “İdeal hədəf”, “Bütlərin yükü” və “Öldürməyə öyrədilmiş”), Latviyada (“Bütlərin yükü” (2015), “Tənha ürəklərin evi” (2015), “Tərsinə çevirilmiş reallıq (2016), “Qurban sindromu” (2006), “Alliqator xətti” (2017) və “Həvəskarların arzusu” (2017)), Bosniya və Herseqovinada “Avropanın  əlehidarları” (2015), Polşada “Transilvaniyaya səyahət” (2016), Serbiyada “İngilis bulvarı” (2019), Albaniyada “Oliqarxın varisi” (2006), Ukraynada “Əfsanə hüququ” (2010) və sair romanları, o cümlədən Estoniyada dörd (“Mənim gözəl alibim” (2008), “Kabuslar tuneli” (2008), “Demək olar ki, inanılmaz qətil” (2010) və “Öz dünyanı yarat” (2010)) və Latviyada iki (“Minillikdə bir dəfə” (2003) və “İcazə verilən səhv” (2003)) kitabları bundan əlavə, müxtəlif vaxtlarda toplu və jurnallarda da rumun, belarus, macar, alman və s. dillərdədə əsərləri nəşr edilmişdir. Ümumiyyətlə, ədibin 200-dən artıq kitabı işıq üzü görmüş və əsərləri 32 dünya dillərinə tərcümə edilmişdir.

Çingiz Abdullayevin 2025–ci ildə ilk işıq üzü görən romanı “Xəyanət sənin adındadır” adlanır. Bu adı müəllif əsərin ideyasına uyğun olaraq ingilislərin “Xəyanət sənin adındadır, qadın” deyimindən götürmüşdür. Roman epiqraf, giriş əvəzi, 22 fəsil, “Romeo Cülyettanı necə cəlb etmişdi” başlığı altında “Markus Volfla müsahibə” və nəticədən ibarətdir. Ədibin Amerika ədəbiyyatının satira və yumor ustası olan və ABŞ ədəbiyyatının inkişafının strategiyasını müəyyənləşdirən, macəra romanlar müəllifi Mark Tvenin “Əvvəlki təlimlərdən belə bir nəticəyə gələ bilərsiniz ki, kişi – səfehdir; indi sizə məlum olur ki, qadın – ondan da betərdir” fikirlərini roman üçün epiqraf seçmişdir. Bu da təbii ki, sərgilədiyi məqsədə uyğundur. Müəllif öncədən romanda bu və ya digər dərəcədə təsvir olunan insanlardan üzr istəyərək deyir: “Burada adı çəkilən şəxslərin əksəriyyətinin soyadları dəyişdirilmişdir. Əsərdə göstərilən faktların demək olar ki, hamısı həqiqətdir”. Bu fikirləri söyləməklə müəllif işlətdiyi sözlərə haqq qazandırır.

(Əvvəli 09.05.2025-ci il tarixdə)

Beşinci fəsil. Marina Çernişeva

İspaniyanın Sevilya, Barselona, Madrid, Malaqa və s. şəhərlərinin gözəllikləri təsvir olunur. 1989-ci ilin payızında adamlar gözə dəyir.  “XIII Alfons oteli” qədim şəhərin tarixi mərkəzində yerləşir. 1929-cu ildə açılmış bu otel 146 adi nömrədən,18 süit və kral apartamentindən ibarət idi. Otel 5 mərtəbəli sarayı xatırladırdı. Argentinadan gəlmiş Alfred “XIII Alfonso oteli”ndə qalırdı. Alfred səhər tezdən Sevilyadakı ortağı ilə danışmış və beynəlxalq şirkətin yerləşdiyi Buenos-Ayresə zəng etmişdi. O, səhər 11:00-da oteldən çıxıb İspaniya meydanına tərəf getdi. Orada Mariya Luiza parkı vardı. Onun görüşü elə bu parkda idi. Alfred Kohan ona yaxınlaşan bir qadını gördü. Qadın onun adını soruşdu. Kohan adını dedi və onlar görüşdülər. Kohan onun gəldiyi yeri soruşdu. Marina isə adının Marina Çaves, gəldiyi yer Meksika olduğunu dedi. Kohan ona dedi:

– Elə mən səni gözləyirdim.

Kohan Marina ispanca yaxşı danışdığı üçün onun ispan olduğunu güman etdi. Marina ispan olduğunu, rus və ingilis dillərini də bildiyini söylədi. Kohan sonra ondan alman dilini bilib-bilmədiyini soruşdu. O isə “yox” cavabı verdi:

– Ancaq danışığı az da olsa, başa düşürəm.

Kohan Marinaya dedi:

– Siz hər şeyi mənə olduğu kimi danışmalısınız. Məni dünyanın o biri başından tapıb gətiriblər. Mən sizin kəşfiyyatla əməkdaşlıq etməliyəm. DTK son dərəcə insan düşüncələri əsasında fəaliyyət göstərir. Sizin keçmiş rəhbəriniz Markus Volf məndən xahiş etdi ki, sizə onun salamını çatdırım. O, həm də dedi ki, Yurgenlə bağlı söhbəti sizə deyim. Onun hansı Yurgeni nəzərdə tutduğunu siz bilirsiniz. Sizə deyəcəkləri də bunlar idi. Sizin kəşfiyyatınız artıq yoxdur.

Marina Kohana dedi ki, artıq siz bizimlə işləməlisiniz. Kohan dedi ki, biz özümüzü aldatmamalıyıq:

– Marina Çaves, mənim ölkəm heç vaxt olmayacaq. Mən artıq başqa bir ölkənin agenti oluram. Belə çıxır ki, Volf məni özümdən yaxşı tanıyırmış.

Kohan dedi:

– Argentinada mənə deyiblər ki, səninlə görüşəm. Biz birlikdə “Sinner ata”nın agentura şəbəkəsini və onun üç əməkdaşını yoxlamalıyıq. Onlar Qərbi Almaniyada işləyiblər və onlarla əlaqə 1989-cu ilin axırlarından kəsilib. Bu agentlərlə konkatda olan və Volfla əlaqəyə çıxmaq istəyən rezidenti isə məhv ediblər. Biz bunun kim olduğunu belə bilmirik.

Kohan ondan soruşdu ki, siz hansı oteldə qalırsınız?

Marina cavab verdi ki, “Becguer”də.

Kohan Marinaya dedi:

– Bu əməliyyatlar Volfla Sinnerin fikirləri əsasında icra olunur. Biz sabah Bilbaoya uçmalıyıq. Bizə Hamburqa səfər edən “Kantabriya” gəmisinə bilet sifarişi edilib.

Kohan dedi:

– Sizin analtiklər “Legenda” işləyib hazırlayıblar.

Sanki onlar gəmidə nə baş verəcəyini hiss etmişdilər.

Altıncı fəsil. Zepp Herlix

Zepp Herlix Eloiza Vekverti artıq tələyə sala bilmişdi. O, qızla restorana getdi və Eloiza onu evinə dəvət etdi. Həmin gecə onlar yataqda bir yatdılar və qızın bakirəliyi pozuldu. Zepp “Sinner ata”nın planına uyğun iş gördü. Eloiza artıq onun dediklərini icra etməyə razı oldu. Plana əsasən, Zeppin bütün ofisləri iflasa uğradı. “Sinner ata”nın əlaqələndiricisi Henrix Kleysterin planları öz işini gördü. Zepp Eloizanı Piter Dalqlış adlı bir amerikalı ilə tanış edir. Tələyə uyğun olaraq Eloizaya Zepp dedi:

– Mənim şirkətim üçün səni tanış etdiyim Piter Dalqlış məni Paraqvaya dəvət edir və deyir ki, sən orada çoxlu pul qazanacaqsan. Mən onunla getmək istəyirəm. Əslində bu qızdan kanslerin mövqeyini öyrənməkdən ibarət idi.

Zepp Eloizanı aldadaraq deyir:

– Piter Dalqlış DTK-nın agenti deyil. O, amerkalıdır və ona məlumat iş üçün lazımdır. Sən bu məlumatı versən mən getmərəm.

Eloiza onunla razılaşır, Zeppin bütün hiyləsi baş tutur. Eloiza istəyir ki, Zepp onun yanında qalsın.

Yeddinci fəsil. Marina Çernişerva

Kohan Marina ilə aeroportda görüşdü. Marina Çernişerva xarici səfərlərdə Marina Çaves kimi təqdim edilirdi. Marina bilirdi ki, bu dəfə onunla birlikdə işləyən agentin adı Kohan deyil. Kohan dedi:

– Mənim valideynlərim Drezdendə yaşayıblar. Onlar oraya Lepisqdən köçüb getmişlər. Marina isə anasının sağ olduğunu söylədi. Kohan Marinaya dedi:

– Sizi nə üçün bu tapşırığı icra etməyə göndəriblər. Bu mənə aydın deyil. Bütün planlar Volfla Sinner birgə qoca Freydin nəzəriyyəsi əsasında qurmuşdular.

Kohan təyyarədən düşərkən limana getmək üçün taksi sifariş etdi. Bilbao aeroportunda onları taksi gözləyirdi. Kohan sürücü başa düşməsin deyə Marinadan ingiliscə soruşurdu ki, bu iş əlaqələndiricinin yoxa çıxması ilə bağlıdır? Marina “hə” dedi və sonra söylədi ki, guya polislər Katserin intahar etdiyini müəyyənləşdiriblər, bu isə şübhəlidir.

Kohan dedi:

– Bizi izləyirlər. Siz limana gedin, mən düşüb hər şeyi yoxlayım.

O, taksidən düşdü. Çernişeva bu izləmə məsələsindən həyəcanlandı. Fikirləşdi ki, onun Almaniyaya gedəcəyini yalnız Markov, Volf və Sinner bilir. Onlar da bu məlumatı heç kəsə verməzlər. Bu işdə şübhəli, ancaq Kohandı. Ola bilsin ki, onları Argentinanın özündən təşkil etməlidirlər. Marina belə düşündü.

Səkkizinci fəsil. Alfred Kohan

Seuilyada “XIII Alfonso oteli”ndə yemək vaxtı Kohanın sağ-solunda iki nəfər gəzirdi. Kohan buna əhəmiyyət vermirdi. Marina Çaveslə Kohan parkda görüşdülər. Onlar təyyarə ilə Bilbaoya yola düşdülər. Sonra təyyarədən düşüb taksi ilə  limana tərəf gedən zaman Kohan Marinaya onu izlədiklərini dedi. Yolda maşından düşdü, Marina isə limana getdi. Kohan maşından düşəndə gördü ki, onları izləyən maşın dayandı. Kohan yaxınlıqda olan ikimərtəbəli binaya girdi. Gördü ki, iki nəfər onun arxasınca gəlib binaya girdi. Kohan qapının arxasında gizlənib gözlədi. Adamlardan biri içəri girəndə Kohan onun üzünə zərbə vurub yerə yıxdı və ayağını boğazına dirədi. Soruşdu ki, onu niyə izləyirlər? O isə cavab verdi ki, onu Hambruqdan izləyirlər. O biri adam da gəldi və Kohan ayağa qalxdı. Yerdəki adam Kohanın ayağından tutdu. Kohan ona möhkəm təpik vurub, özündən uzaqlaşdırdı və cəld qaçıb aradan çıxdı.  Taksiyə minib limana Çernişevanın yanına getdi. Onlar gəmiyə minib Hamburqa yola düşdülər. Gecə gəmidə bir otaqda qaldılar və bir yataqda yatdılar.

Doqquzuncu fəsil. Zepp Herlix

Yenə də Zepp Eloizanı müxtəlif bəhanələrlə aldadaraq Piter Dalqlışa müəyyən məlumat verməsini istədi və sonra dedi ki, Dalqlış ABŞ-ın Mərkəzi  Kəşfiyyat İdarəsində işləyirmiş. Bunu eşidən Eloiza hirsindən çığırıb ağladı. Zepp onu inandırdı ki, o, onlara külli məbləğdə pul verəcək. Zepp onu müəyyən yollarla sakitləşdirdi. Zepp Eloizaya başa saldı ki, o, ayda bir dəfə ona məlumat verməlidir. Eloiza Zeppə dedi ki, o yaramaz Dalqlışın anketini onun yanına gətirsin, görsün nə edə bilər. Elə həmin vaxtdan Eloiza “Sinner ata”nın casusu oldu. Zepp Herlixə  polkovnik rütbəsi və medallar verildi. Bu işdən Eloizanın xəbəri olmadı. Hadisə 1987-ci ildə baş verdi. İki il sonra Berlin divarları uçuruldu və Almaniya birləşdirildi. Agentlər isə qorxu içərisində qaldılar.

Onuncu fəsil. Marina Çernişeva

Ertəsi gün Kohanla Marina kayutdan bayıra çıxmadılar. Kohan bilirdi ki, onu güdən dedektivlər mütləq Hamburqda onu limanda gözləyirlər. Gəmidən müəyyən yolla çıxmasını Marinaya dedi. Onların Hamburqda birinci görüşü Baron-Zepp Herlixdir. Kohan Marinaya dedi:

– Biz Baron, Quzğun və Rahiblə görüşməliyik, ancaq başa düşə bilmirəm ki, Yurgen onun hansıdır?

Kohan özünü xəstəliyə vurdu. Təcili yardım çağırıb onu gəmidən çıxarıb xəstəxanaya apardılar. Onu güdənlər Breme və Rot xüsusi tapşırıq almışdılar. Gəmi limanda dayandı və sərnişinlərin hamısı düşdü. Marina da düşdü və Kohanı güdənləri diqqətlə nəzərdən keçirdi. Adamların hamısı gəmidən çıxdı. Bircə Kohan çıxmadı. Breme və Rot  Kohanın Təcili yardımla xəstəxanaya getdiyini bildilər və xəstəxanada da onu tapmadılar. Həkim dedi ki, o, “Rafael” otelinə getdi. Onlar Kohanı orada da tapmadılar. Marina Çernişeva onu “Hollidey İnn” otelində gözləyirdi və Kohan oraya gəlmişdi. Breme və Rof Kohanı heç yerdə tapa bilmədilər. Onlar deyirilər ki, onu tapan kimi başına bir güllə vuracağıq.

On birinci fəsil. Marina Çernişeva

Marina Kohan gecə qatar ilə gizli yolla Bonna getdilər. Səhər tezdən oraya çatdılar. “Kayzer Kral oteli” nə düşdülər. Bonn yaxınlığında yerləşən Bad-Qodesberqə maşınla yollandılar. Zepp Herlikin evi burada idi. Kohan maşında gözlədi. Marina Zepp Herlixin evinə getdi və heç kəsi tapmayıb geri qayıtdı. Kohan maşının yanında idi. Marinanı görən kimi dedi ki:

– Tez gəl gedək, Zepp özünü öldürüb. Arvadı Eloiza isə anasının yanına gedib. Onun ünvanını qonşularından öyrənə bilərik.

On ikinci fəsil. Zepp Herlix

Eloiza əri Zeppin bütün bəd əməllərindən xəbər tutdu. Ona necə tələ qurulduğunu aydın şəkildə bildi. Zepp bütün əhvalatı olduğu kimi ona danışdı. Zepp Eloiza evdə olmayanda maşınına minib tapança ilə ağzından özünü atıb öldürdü. Stolun üstündə Eloizaya bir kağız yazıb qoymuşdu. Orada yazılmışdı: ‘’Bağışla!’’

Romeo Cülyettanı necə cəlb etmişdi?

ADR kəşfiyyatı Qərbi Berlinə xüsusi kişi agentlər göndərirdi ki, onlar casusluq məqsədilə böyük bossların katibələri ilə evlənsinlər.

28 iyun 1996-cı ildə “Komsomolskaya Pravda” qəzetinə verilən müsahibədən Markus Volfla müsahibə. Jurnalistlər Markus Volfu bir casusluq dahisi, iyirminci əsrin super agenti və “simasız insan” adlandırırdılar ADR kəşfiyyatının “A” adlı Baş İdarəsinin rəhbəri olmuş Markus Volf haqqında bir yığın məqalə yazılmışdı. Almaniyanın birləşdirilməsidən sonra cinayət təqibi hələ də onun üzərindədir…

Sual: Cənab Volf, siz həqiqətənmi belə bir şöbəyə rəhbərlik etmisiniz?

Cavab: Romantik gözəl kişilər vasitəsilə gənc olmayan katiblərin yoldan çıxarılmasından ötrü heç bir “Romeo” şöbəsi olmayıb. Bu əfsanədir. Yeri gəlmişkən, mən özümdə əfsanəni sevirəm və etiraf etməliyəm ki, onların içində həqiqət payı da olur.

On üçüncü fəsil. Marina Çernişeva

Alfred Kohan Marina ilə “Audi” maşınında Köln şəhərinə gedirdilər. Kohan gördü ki, yenə də “BMV” maşınında Breme və Rot  onları təqib edir. Marina və Kohan Zeppin qayınanası gilə gedirdi. İşi belə görüb sürətlə başqa istiqamətə getməyə başladı. Birdən Kohan maşını geri döndərib onların üstünə sürdü. Onlar çaşıb maşını aşırdılar. Breme və Rot yaralandı. Kohan Bonnda Marinanı maşından düşürüb, Zeppin qayınanası gilə getdi. Onlar fikirləşdi ki, Breme və Rot ikinci ünvanı da əldə edəcəklər. İkinci ünvan Rahib ləqəbi ilə tanınan Paul Sexlindir.

On dördüncü fəsil. Paul Sexlin

Yetimlər evində böyüyən Paul Sexlin əsgərlik xidmətini başa vurdu və “Ştazi”yə təyinat aldı. Sonra onu “Sinner ata”nın şöbəsinə köçürdülər. “Sinner ata” proqram əsasında Paul Sexlin sınaqdan keçirmək üçün “Ştazi” təşkilatının üzvü olan və aptekdə işləyən Yeva adlı qız vasitəsilə sınaqdan keçirirlər. Bir neçə görüşdən sonra Yeva onu evinə dəvət edir. Paul dəvəti qəbul edib onun evinə getdi. Onlar evdə musiqi sədaları altında rəqs etdilər. Yatma zamanı qız ona etiraz etdi və Paulu şillə ilə vurdu. Paul isə onu zorladı. Bu hadisə Yevanın evində Pauldan xəbərsiz kasetə çəkildi. “Sinner ata” bu hadisəyə baxır. Paul hadisəni olduğu kimi Sinnerə danışır. Onlar birgə kasetə baxırlar. Paul elə bilir ki, onu işdən qovacaqlar, ancaq qovmurlar. Psixoloqların məsləhəti ilə Sinner onu işdə saxlayır. 6-8 ay müddətində onu hərtərəfli yetişdirirlər. Paul Sexlini Qərbi Almaniyaya göndərməyə hazırlayırlar. Psixoloqların təklifi ilə ona “Rahib” ləqəbi verilir.

On beşinci fəsil. Marina Çernişeva

Qorbaçov və Şevardnadze almanların birləşməsi haqqında qərar verdilər. Bu alman xalqının çoxdankı arzusu idi. Marina tez bir zamanda, yəni 6 saatdan sonra DTK rezidentliyinin yerli əməkdaşları ilə görüş təyin etdi. Marina oteldən çıxarkən qapıçı Kohanın açarını ona verdi. Marina taksiyə minib “Savoy” otelinə əşyalarını apardı. Bu otel çox səliqəsiz və pis olmasına baxmayaraq, Marina əşyalarını otağa yerləşdirdi. Onun Kohanla görüşünə bir saatdan az vaxt qalmışdı. Kohan vaxtında gəldi. Zeppin qayınanası Vekvertlə görüşdüyünü dedi. Kürəkəni Zeppin ölümü Vekverti çox məyus etdiyini və arvadı Eloizanın isə sarsıntı keçirdiyini Marinaya söylədi. Onları izlədiklərinə görə Kohan maşınını dəyişib “Toyota” kirayə götürüb Rahibin yanına getdi. Marina DTK-nın yerli rezidentliyinin nümayəndələri ilə görüşdü. Məmur 1990-cı ilin payızına qədər sovet məmurları üçün yaradılmış yaxşı vəziyyətə baxmayaraq, narazı danışdı. O, Marinaya dedi:

– Kleyester yox olmayıb. Ulrix Katserin əvəzinə onun maşınında Kleyester tapılıb. Katserin özü yoxa çıxıb. Mərkəz hesab edir ki, o, sağdır və Qərbi Almaniyada yaşayır. Xahiş olunur ki, son dərəcə ehtiyatlı olun. Katser Sinnerin agentlərinin hamısını tanıyır  və hamıya qarşı nəsə edə bilər.

Marina bilir ki, Katser Sinnerin şöbəsinin əməkdaşı olub, hamını tanıyır, çox güman ki, Kohanı da təqib edən odur. Kohan Rahibin ünvanına getdi və “Toyota”nı onun evinin önündə saxladı. Marina xəbər tutan kimi tez Rahibin evinə getdi. “Toyota” evin qarşısında idi. Marina tez maşından düşdü. “Toyota”nın içinə baxdı, heç nə yox idi. Kənarda otun içindən maşının açarını tapdı. Kohan açarı kənara tullamağa macal tapmışdı.

(Davamı olacaq)

Sabir Rüstəmoğlu (Məmmədov),

ADPU-nun Ağcabədi filialınım dosenti, AYB və AJB üzvü

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!