Xəbər verdiyimiz kimi, dünən aprelin 15-də Bakı bulvarında bir nəfərin özünü dənizə atması barədə xəbər vermişdik. Bu gün məlum olur ki, hadisə bulvar ərazisində yerləşən “Saat Qülləsi”nin qarşı hissəsində baş verib. Belə ki, yaşadığı evdən çıxaraq, itkin düşdüyü deyilən 36 yaşlı Cəlilabad rayon Mirzəli kənd sakini Nadirov Nicat Nadir oğlu “Saat Qülləsi”nin yanına gələrək, özünü dənizə atıb. Hadisənin hansı səbəbdən baş verməsi bəlli deyil. Araşdırma aparılır, Nicat Nadirov polisdə danışdırılır.
Lakin buir məqam və bir sual yaranır: Cəlilabaddan Bakıya gəlib Bulvarda özünnü dənizə atınca, Nicat Nadirov niyə o tərəflərdəki gölməçələrə tullanmayıb?! Deməli, problem Bakıdan qaynaqlanıb. Polisin təhqiqatçıları da bunu dəqiqləşdirməlidir.
A.Məmmədli