Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində ( DTX) davam edən cinayət işi üzrə Cəmil Həsənlinin şahid qismində dindirilməsi üçün DTX-ya çağırıldığı məlum olub. Tezadlar.az- ın məlumatına görə, bu gün Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli həyat yoldaşı ilə birgə Azərbaycandan getmək istəyib. O, bildirib ki, bu gün “qızının ailəvi tədbiri ilə bağlı” həyat yoldaşı ilə Dubaya getmək istəyirmiş. Lakin aeroportda ona ölkədən çıxış məhdudiyyəti tətbiq edildiyini öyrənib. Cəmil Həsənlinin həyat yoldaşı isə ölkəni tərk edib.
Xatırladaq ki, ötən gün Milli Şuranın üzvü, AXCP sədri Əli Kərimli və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin evində axtarış aparılıb, daha sonra onlar DTX-da dindirilirlər. Məlumata görə, proses Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədardır. Milli Şuranın üzvü Gültəkin Hacıbəyli isə Türkiyədə saxlanılıb. Onun Azərbaycana deportasiya ediləcəyi gözlənilir.
Xatırlatma: Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.