Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli növbəti dəfə DTX-ya çağırılıb. Tezadlar.az xəbər verir ki, bu barədə Cəmil Həsənli sosial şəbəkədə özü məlumat yayıb. Onun DTX-da şahid qismində dindiriləcəyi bildirilir.
Cəmil Həsənli noyabrın 30-da DTX-da şahid qismində ifadə verib. Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.