Əsas məzmuna keç

Cənubi Koreyanın Milli Vergi Xidməti ilə əməkdaşlıq məsələləri müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Tədris Mərkəzinin rəisi səlahiyyətlərini icra edən, xidmət rəisinin müşaviri Sərxan Həşimov Cənubi Amerika Vergi Administrasiyaları Mərkəzinin (CİAT) Çilidə keçirilən Baş Assambleyasında iştirakı zamanı Cənubi Koreyanın Milli Vergi Xidmətinin rəhbəri Kanq Minsoo ilə görüşüb.

Tezadlar.az xəbər verir ki, görüşdə iki ölkənin vergi orqanları arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsi, təcrübə və məlumat mübadiləsinin təşkili istiqamətində fikir mübadiləsi aparılıb. Tərəflər rəqəmsal vergi texnologiyalarının tətbiqi sahəsində Cənubi Koreyanın təcrübəsinin öyrənilməsi imkanlarını müzakirə ediblər. Kanq Minsoo Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) bu ilin 17-19 iyun tarixlərində Bakı şəhərində keçiriləcək Baş Assambleyasında iştirak edəcəyini bildirib.

RÖVŞANƏ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…