5 Noyabr 2025 / 12:01

Çexiya Ukraynaya hərbi dəstəyi azalda bilər

Yeni Çexiya hökuməti Ukraynaya hərbi yardımı azaldacaq və münaqişəyə son qoymaq üçün “diplomatik səylərə” diqqət yetirəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə mediada yer alan məlumatlara görə, Çexiya xarici işlər naziri vəzifəsinə namizəd olan Avropa Parlamentinin (AP) “Vətənpərvərlər” fraksiyasından keçmiş üzvü Filip Turek bildirib.

O, Avropanın “Politico” nəşrinə verdiyi müsahibədə bildirib: “Yeni hökumət Ukraynadakı müharibəyə son qoymağa və Avropada münaqişə riskini azaltmağa yönəlmiş diplomatik səylərə üstünlük verəcək, dövlət büdcəsindən maliyyələşdirilən hərbi yardımdan uzaqlaşacaq və Çexiyanın təhlükəsizlik ehtiyaclarına diqqət yetirəcək”.

Aİ daxilindəki münasibətlərdən danışan Turek vurğulayıb ki, Brüssel “ideoloji gündəmlər”dən daha çox daxili istehsala diqqət yetirməlidir. Onun sözlərinə görə, Aİ siyasəti “yalnız yüksək texnologiyalı Avropa istehsalının Çinə köçürülməsini sürətləndirir”.

Turek, ANO (Narazı Vətəndaşların Hərəkatı) və SPD (Azadlıq və Birbaşa Demokratiya) hərəkatları ilə hökumət koalisiyası quran Motoriste partiyasının üzvüdür. Daha əvvəl Çexiya Baş nazirinə namizəd, ANO-nun lideri Andrey Babiş koalisiya müqaviləsinin imzalanması mərasimindən sonra keçirilən mətbuat konfransında nazirlərin adlarının noyabr ayının sonunda açıqlanacağını bildirmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!