Əsas məzmuna keç

Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidan ilə telefonla danışıb

Noyabrın 18-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.

Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…