Əsas məzmuna keç

ÇİMƏRLİKDƏ QADIN İLDIRIM VURMASI NƏTİCƏSİNDƏ ÖLÜB

Qazaxıstanın qərbindəki Şalkar gölünün yaxınlığında 40 yaşlı Rusiya vətəndaşı ildırım vurması nəticəsində ölüb.

Tezadlar.az xəbər verir ki, bu barədə yerli “My City” portalı ölkənin Qərbi Qazaxıstan vilayətinin səhiyyə departamentinin mətbuat xidmətinə istinadən yazır.

“Şalkar” istirahət zonasında 1984-cü il təvəllüdlü qadını ildırım vurub.

Faciənin iyulun 7-də güclü fırtınanın Qazaxıstan bölgəsini bürüdüyü zaman baş verdiyi dəqiqləşdirilir. Pis hava vaxtı rus qadın niyə sahildə olub? – sualına cavab axtarılır.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…