Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Onlara elə gəlirdi ki, cinayət törədib gizlənsələr, heç kim onları tapa bilməyəcək…
Amma elə olmadı. Belə ki, bu il avqust ayı ərzində cinayətkarlığa qarşı mübarizə tədbirləri çərçivəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 311 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib. Bu barədə “Təzadlar”a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkədən çıxışı qadağan olunan 655 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 13 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb.
Beləliklə, çalışmaq lazımdır ki, həmişə cinayətdən uzaq durasan! Əks halda, oxşar taleyi yaşamağa məhkum ola bilərsən…
Elşad