Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 İyun 2025 / 13:41

Çimərlik güləşində- bir qızıl, bir gümüş medal

Xorvatiyanın Poreç şəhərində keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasının 2-ci mərhələsinə yekun vurulub.

Tezadlar.az xəbər verir ki, iki gün davam edən yarışda ölkəmizi baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında 2 güləşçi təmsil edib.

Ötən gün B qrupunda 2 qələbə qazanan Vüsal Əliyev (80 kq) bu gün qrupda keçirdiyi son görüşdə amerikalı Rodrik Lavı 4:0 hesabıyla üstələyib. Qrup lideri kimi yarımfinala yüksələn Əliyev ukraynalı Vasil Mixaylova uduzub – 0:2. Vüsal bürünc medal uğrunda görüşdə yenidən Lavla qarşılaşıb və cəmi 13 saniyə ərzində 3:0 hesablı qələbəyə imza ataraq debüt yarışında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Bu növdə 3 qat dünya çempionu olmuş İbrahim Yusubov (90 kq) da qrup mərhələsini maksimum nəticəylə başa vurub. Dünən A qrupunda 2 qələbə qazanan həmyerlimiz son turda iranlı Səid Larganidən güclü olub – 5:2. Qrupdan lider kimi çıxan Yusubov yarımfinalda ukraynalı Nazar Doda şans tanımayıb – 3:0. İbrahim finalda Ukrayna yığmasının digər üzvü Oleksey Yakovçukla qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə rəqibini 3:2 hesabıyla məğlub edən təcrübəli güləşçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Dünya Seriyasının 3-cü mərhələsi sentyabrın 6-7-də Mərakeşin Kasablanka şəhərində keçiriləcək.

RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!