Çin Neft Universitetinin vitse-prezidenti cənab Li Jingyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Bakı Ali Neft Məktəbində (BANM) görüşdük.
Tezadlar.az xəbər verir ki, bunu BANM-nin rektoru Elmar Qasımov sosial media hesabındakı paylaşımda bildirib.
” Görüş zamanı süni intellekt və bərpa olunan enerji sahəsində mentorluq dəstəyi göstərilməsini xahiş edərək, bu sahələrdə təcrübə mübadiləsinin önəmini vurğuladıq. Eyni zamanda, bərpa olunan enerji üzrə yeni bir magistr proqramının yaradılması və dayanıqlı enerji sahəsində əməkdaşlıq məsələləri də gündəmə gətirilib.
Həmçinin, elmi-tədqiqat laboratoriyalarının açılması və əldə edilən təcrübənin tələbələr tərəfindən gələcəkdə tətbiq edilməsi məsələləri müzakirə olunub”, – deyə rektor qeyd edib.
Xatırladaq ki, bir neçə il əvvəl SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə Çin Neft Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. İmzalanma SOCAR-ın vitse-prezidenti Ziba Mustafayevanın başçılığı ilə nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri çərçivəsində baş tutub. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Çin Neft Universitetinin rektoru professor Vu Siaolin tərəfindən imzalanan müqavilə birgə tədqiqat fəaliyyəti, müəllim, tələbə, tədris və elmi materialların mübadiləsi, elmi forum və konfransların təşkilini nəzərdə tutur.
JASMİN