Əsas məzmuna keç

Çin Ukrayna PUA-sının Kursk yaxınlığında jurnalistini vurmasına belə reaksiya verib

Çin Xarici İşlər Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin (USQ) Kursk vilayətində pilotsuz uçan aparatının zərbəsi nəticəsində çinli jurnalistin yaralanması ilə bağlı yayılan xəbərlərdən dərin narahatlığını bildirib.

Tezadlar.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun deyib.

“Biz çinli jurnalistin reportaj hazırlayarkən xəsarət almasından dərin narahatıq. Çin bütün tərəfləri Ukrayna böhranının siyasi həllinə sadiq olmağa və vəziyyətin yumşaldılmasına birgə töhfə verməyə çağırır”, – diplomat bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…