Əsas məzmuna keç

Çin Ukraynada gərginliyin qarşısını almağa çağırır

Çin beynəlxalq ictimaiyyəti Ukrayna münaqişəsinin gərginləşməsinin qarşısını almaq üçün şərait yaratmağa çağırıb.

Tezadlar.az xəbər verir ki, müvafiq bəyanatla Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian brifinqdə Ukrayna PUA-larının Rusiya infrastrukturuna hücum cəhdini şərh edərkən bildirib.

“Beynəlxalq ictimaiyyətin əksər ölkələri artıq Ukrayna məsələsinin siyasi həllində özünəməxsus şəkildə konstruktiv rol oynayır. Hazırda ən aktual vəzifə gərginliyin artmasına yol verməməkdir. Bütün maraqlı tərəflər bu məsələ və münaqişənin həlli üçün şərtlərlə bağlı konsensus yaratmalıdır”, – Lin Jian qeyd edib.

Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının regionlarına irimiqyaslı PUA-dan hücum edib. Rusiya hava hücumundan müdafiə qüvvələri hücumu dəf edib, o cümlədən Moskva səmasında 9 pilotsuz təyyarə məhv edilib, – şəhərin meri Sergey Sobyanin bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…