Əsas məzmuna keç

Çin və ABŞ liderləri APEC Zirvəsində görüşdülər

Çin prezidenti Si Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Şençjen şəhərində keçirilən Zirvə Görüşü üçün Çinə səfər edən ABŞ prezidenti Donald Trampla ikitərəfli görüş keçirib.

Tezadlar.az xəbər verir ki, bu, Trampın may ayında Pekinə və Si Cinpin sentyabr ayında Vaşinqtona səfərindən sonra liderlərin bu il üçüncü görüşü idi.

33-cü APEC Zirvə görüşü Çinin Quanqdonq əyalətinin Şençjen şəhərində keçirilir.

Sakit Okean bölgəsindəki 21 iqtisadiyyatdan ibarət APEC ilk zirvə görüşünü 1993-cü ildə keçirib. Çin əvvəllər 2001-ci ildə Şanxayda və 2014-cü ildə Pekində zirvə görüşlərinə ev sahibliyi edib.

Zirvə görüşü çərçivəsində bu gün Çin, Rusiya və ABŞ liderlərinin iştirakı ilə üçtərəfli görüş də keçiriləcək.

ELBAR

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…