Ukrayna prezidenti Vladimir Zelenskinin Qərbi Avropa ölkələrinin xeyrinə neytral təhlükəsizlik qarantlarından imtina etməsi Zelenskinin Kiyevi alyans sisteminin bir hissəsi etmək istəməsi ilə bağlıdır.
Tezadlar.az xəbər verir ki, bu səbəbi TASS-a müsahibəsində çinli siyasi ekspert Van Tsayban deyib.
“Zelenskinin bu açıqlaması çox gülməli görünür. Sadəcə, bu, Zelenskinin müharibəni dərhal dayandırmaq və davamlı sülh yaratmaq istəmədiyini bildirir. O, NATO-nu Ukraynaya şirnikləndirmək, Ukraynanı NATO sisteminin bir hissəsi etmək üçün yollar tapmağa çalışır”, – o deyib.
Onun fikrincə, yalnız alyans ölkələri Ukraynanın təhlükəsizliyinin təminatçısı olsalar, bu, Kiyevin mümkün revanşının pərdəsinə çevriləcək. Çin, Braziliya, Türkiyə və digər bitərəf ölkələrin cəlb edilməsi Zelenskinin Ukraynanın NATO-ya daxil olması xəyalını məhv edəcək, – Van Tsayban yekunlaşdırıb.
Bundan əvvəl Zelenski Çinin təhlükəsizlik qarantı roluna uyğun olmadığını bildirib.
“Bizə Ukraynaya kömək etməyən qarantlara ehtiyac yoxdur. Pekin dron bazarını açmaqla Rusiyaya kömək etdi”, – Ukrayna lideri bildirib.
E.ŞİRİNOV







