14 May 2026 / 12:15

Çindən ABŞ-a Tayvan mesajı: Biz toqquşa bilərik

Çin prezidenti Si Cinpin ABŞ prezidenti Donald Trampla görüşündə bildirib ki, Tayvan məsələsi lazımi şəkildə həll edilməsə, ABŞ və Çin toqquşa bilər və münasibətləri ciddi şəkildə təhlükə altına düşə bilər.

Tezadlar.az xəbər verir ki, “Xinhua” agentliyinin məlumatına görə, Pekində Trampla görüşən Si bildirib ki, Tayvan boğazında sülhün və sabitliyin qorunması iki ölkə arasında “ən böyük ortaq nöqtə”dir.

Tayvan məsələsinin ABŞ-Çin münasibətlərində ən vacib məsələ olduğunu deyən Si Trampa bildirib ki, Tayvan məsələsi yaxşı idarə olunarsa, münasibətlərin sabitliyini qoruyacaq; əks halda, “toqquşmalar baş verə və münasibətləri böyük təhlükəyə ata bilər”.

Tayvan məsələsi

Pekinə gəlməzdən əvvəl ABŞ prezidenti Tramp Si Cinpinlə görüşündə Tayvana silah satışı məsələsini qaldıracağını bildirib.

Tayvanı öz ərazisinin bir hissəsi hesab edən Çin ABŞ-ın Tayvana silah satışını “suverenliyin pozulması” adlandıraraq reaksiya verir. Tramp administrasiyası ötən ilin sonunda adaya təxminən 11 milyard dollar dəyərində silah satışını təsdiqləyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!