Son 10 ayda Azərbaycana gələn Çinli turistlərin sayı təxminən 50% artıb.
Çin səfiri və Azərbaycan Dövlət Turizm Agentliyinin rəhbəri Bakıda keçirilən sammitdə turizm bumu ilə bağlı şərh veriblər.
TEZADLAR.AZ xəbər verir ki, Çin Xalq Respublikasının səfiri Lu Meyi hazırda ilk dəfə olaraq Bakıda keçirilən “China Visitors Summit”də Azərbaycana səyahətə artan maraq barədə danışıb.
Lu Mey Çinin açıq iqtisadi siyasət yürütdüyünü və bunun Azərbaycanla hərtərəfli əməkdaşlığın inkişafı və dərinləşdirilməsi üçün üfüqləri genişləndirdiyini vurğulayıb.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev son bir neçə ayda Çindən Azərbaycana turist axınının ötən ilki rəqəmlərlə müqayisədə 49% artdığını bildirib.
Lu Meyin çıxış etdiyi genişmiqyaslı tədbir Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən təşəbbüskarlıq edilib və təqdim edilib. Sammitin məqsədi Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında turizm əlaqələrini gücləndirməkdir.
Sammit hökumət rəsmiləri ilə yanaşı 50-dən çox Çin turizm şirkəti ilə Azərbaycan turizm sektorunun nümayəndələri arasında dialoq platforması rolunu oynayıb.
JASMİN

