25 Dekabr 2025 / 14:00

Çindən Azərbaycana minatəmizləmə ilə bağlı dəstək verib: 2 milyon yuan

Çin Xalq Respublikası  Azərbaycana minatəmizləmə ilə bağlı maliyyə yardımı edib.

Tezadlar.az  xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey ilin yekunlarına həsr olunmuş brifinqdə bildirib.

“Çin ilə Azərbaycan arasında əməkdaşlıq təkcə qarşılıqlı faydalı deyil, həm də hər iki ölkə xalqlarının xeyrinədir. İki ölkə başçıları tərəfindən imzalanmış humanitar minatəmizləmə sahəsində əməkdaşlığın gücləndirilməsi haqqında Anlaşma Memorandumunun həyata keçirilməsi çərçivəsində Çin Azərbaycan Minatəmizləmə Agentliyinə 2 milyon yuan (284 000 ABŞ dolları) məbləğində maliyyə yardımı göstərib. Bu da Azərbaycanın minatəmizləmə potensialının gücləndirilməsinə, azad edilmiş ərazilərin bərpasına və yerli sakinlərin təhlükəsizliyinin təmin edilməsinə yardım məqsədi daşıyır”, – o qeyd edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!