Çindən Trampa cavab: ABŞ mallarına 84 faiz rüsum etbiq edildi!

Oxunma sayı: 139

Çin Trampın rüsum tətbiqi qərarına cavab olaraq Amerika mallarına 84% rüsum tətbiq edib. Tezadlar.az xatırladır ki, bu barədə Bloomberg yazıb. Məlum olur ki, rüsumlar aprelin 10-u cümə axşamı günü qüvvəyə minəcək. Bundan əlavə, Çinin Ticarət Departamenti 12 ABŞ şirkətini ixrac nəzarəti siyahısına, 6 ABŞ şirkətini isə “etibarsız” siyahısına əlavə etdiyini bildirib.
Xatırladaq ki, ABŞ-ın Çin mallarına ümumi rüsumlar tətbiq etməsindən sonra Çin sosial mediada bəzi tariflərlə bağlı məzmuna senzura tətbiq etməyə başlayıb.
ABŞ isə aprelin 9-dan qüvvəyə minəcək Çinə qarşı 104% tariflər tətbiq edib.

Xəbəri paylaş

18 Aprel