Çinin şərqindəki Şandun əyalətindəki Çinqdao limanında təmir üçün lövbər salan gəminin alovlandığı bildirilir.
Tezadlar.az xəbər verir ki, Çinin dövlət televiziyasının CCTV-nin verdiyi məlumata görə, yanğın çoxsaylı insan tələfatına səbəb olub, lakin ölən və yaralananların sayı barədə hələlik heç bir məlumat verilməyib.
Çin xəbər agentliyi Sinxua da bildirib ki, prezident Si Cinpin itkin düşənləri tapmaq üçün sürətli axtarış-xilasetmə əməliyyatı keçirməyi əmr edib.
ELBAR






