Çin rəhbərliyi Ukrayna ilə bağlı mövqeyini dəyişirmi? Bu sual indi daha çox Rusiyada siyasətçiləri məşğul etməkdədir. Belə ki, Si Cinpin ilk dəfə Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik edərək Zelenskiyə mesaj da göndərib. Çin prezidenti məktubunda Zelenskini və “dost Ukrayna xalqını” Müstəqillik Günü münasibətilə təbrik edib. Bu, Putinin Çinə səfərindən bir neçə gün əvvəl baş verib. Tezadlar.az qeyd edir ki, bu təbrikləmə barədə Bloomberg nəşri məlumat yayıb. Rəsmi Moskvanın isə hələki bu barədə hansısa mövqeyi ortada yoxdur. Susmaq isə bəzən razılıq əlaməti kimidir…
A.Məmmədli

