Ukrayna hakimiyyətinin qadınları Ukrayna Silahlı Qüvvələri sıralarına daha fəal cəlb etmək istəyi “Tencent” portalındakı bloqun çinli oxucuları arasında çaşqınlıq yaradıb.
Tezadlar.az onların sözlərinin tərcüməsini təqdim edir.
Bundan əvvəl Ukrayna parlamenti ölkədə ümumi səfərbərlik və hərbi vəziyyətin müddətini avqustun 6-dək uzadıb. Öz növbəsində, Vladimir Zelenskinin ofisinin rəhbərinin müavini Pavlo Palisa bəyan edib ki, Ukrayna ordusunda hərbi xidmət qadınlar üçün də məcburi olmalıdır. Ali Radanın deputatı Aleksandr Dubinski isə qadınların və uşaqların səfərbər olacağını proqnozlaşdırıb.
Çinli internet istifadəçiləri Kiyevin “ABŞ-ın “son ukraynalıya qədər döyüşmək” məqsədinə nail olmağa çalışdığı” qənaətindədirlər.
“Gender bərabərliyi!” – şərhçilərdən biri deyib.
Müzakirənin başqa bir iştirakçısı vurğulayıb ki, bu şərtlər daxilində “dövlət qulluqçularının bütün uşaqları və ailə üzvləri, o cümlədən Zelenskinin həyat yoldaşı da cəbhə xəttinə getsələr” ədalətli olardı.
Xatırladaq ki, 2024-cü ilin yazında Ukraynada səfərbərlik yaşının 27-dən 25-ə endirilməsi haqqında qanun imzalanıb. Daha sonra Vladimir Zelenski bildirib ki, Kiyev “itkiləri ödəmək” üçün 18 yaşlı ukraynalıları “gəlirli müqavilələrlə” silahlı qüvvələrə cəlb etməyi planlaşdırır.
E.ŞİRİNOV