12 Fevral 2026 / 22:46

ÇL pley-offuna böyük maraq: minlərlə bilet alınıb

Bakıda “Qarabağ” və İngiltərənin “Nyukasl” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan çempionundan məlumat verilib.

Qarşılaşma üçün hələlik 18750 bilet satılıb.

Qeyd edək ki, görüş fevralın 18-də, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!