İddia edilir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Rusiyaya gizli səfərinin məqsədi Rusiya rəsmilərini NATO üzv dövlətlərinə və Baltikyanı ölkələrə hücumlar barədə xəbərdar etmək olub.
Tezadlar.az xəbər verir ki, “Wall Street Journal”a (WSJ) müsahibəsində ABŞ rəsmiləri bildiriblər ki, Retkliffin səfəri ABŞ kəşfiyyatının Rusiya prezidenti Vladimir Putinin bir neçə il ərzində müttəfiq ölkəyə hücum etməklə NATO-nun qətiyyətini sınaya biləcəyini proqnozlaşdıran son qiymətləndirmələrindən sonra baş verib.
ABŞ rəsmiləri Ukraynada tələyə düşmüş və daxili təzyiq altında olan Putinin kiberhücumlardan tutmuş kiçik miqyaslı quru infiltrasiyasına qədər müxtəlif tədbirlərlə Baltikyanı dövləti hədəfə ala biləcəyi ilə bağlı narahatlıqlarını bildiriblər.
İran müharibəsindəki xərclər səbəbindən Qərb ölkələrində sursat çatışmazlığının Putinin “hücum ehtimalı”nda bir amil olduğunu qeyd edən ABŞ rəsmiləri Retkliffin bu həftə Moskvaya gözlənilməz səfərinin Rusiyanı NATO ölkələrinə hücum etməmək barədə xəbərdar etmək məqsədi daşıdığını irəli sürüblər.
Kremlin sözçüsü Dmitri Peskov dünən Moskvada Ratkliffin Rusiya kəşfiyyat rəsmiləri ilə görüşlər keçirdiyini, lakin Putinlə görüşmədiyini və Putinin görüşlər barədə məlumatlandırıldığını bildirib.
ABŞ prezidenti Donald Tramp da Ratkliffin Moskvaya son səfərini “yarı-adi” adlandırıb və bunun NATO və ya Böyük Britaniyaya qarşı potensial “Rusiya hərbi təhdidləri” ilə əlaqəli olduğu iddialarını rədd edib.
ELBAR







