Əsas məzmuna keç

ÇÖRƏYİN İÇƏRİSİNDƏN BOLT ÇIXDI…

Bakıda tanınmış marketlərin birində “Çörəkçi” adı ilə satılan məhsulun içərisindən dəmir parçaları – “bolt-qayka” çıxıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, bununla bağlı məlumat mediadan götürülərək araşdırılması üçün AQTA-da aidiyatı üzrə yönləndirilib.

Qeyd olunub ki, araşdırmalar aparılacaq və araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək: “Vətəndaşlardan xahiş edirik ki, bu kimi hallarla rastlaşdıqda konkret faktları – məhsulun adı, istehsalçısı, satış obyekti, istehsal tarixi və s. göstərməklə Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat versinlər”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…