Rəqəmsal bərabərsizliyin yeni forması:
Birində süni intellekt tətbiq edirlər, o birini rubilnikdən söndürürlər. Bizdə Çağrı Mərkəzləri arasında da rəqəmsal bərabərsizlik var.
TEZADLAR.AZ xəbər verir ki, bunu Multi-Media Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial media hesabında bildirib.
“4SİM-in rəhbəri Fariz müəllim (Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov -RED) deyib ki, bu il İqtisadiyyat Nazirliyinin “Çağrı mərkəzi”ndə süni intellekt tətbiq olunacaq. Yəni bu qurumda vətəndaşların müraciətlərini artıq operatorlar deyil, süni intellekt cavablandıracaq. Faydalı addımdır.Amma başqa cür də olur.
Ötən günlər “Asan imza” xidmətinin çökməsilə bağlı, quruma daxil olan çoxsaylı şikayətləri “tənzimləmək” üçün onun 1847 “Çağrı mərkəzi”ni rubilnikdən söndürmüşdülər. Bizdə rəmsal bərabərsizlik yalnız regionlarla Bakı arasında, qurumlar arasında deyil, həm də standart xidmətlər arasında da mövcuddur”, – deyə o vurğulayıb.
JASMİN