Əsas məzmuna keç

ÇOXUŞAQLI AİLƏLƏR ÜÇÜN İPOTEKA SUBSİDİYALARININ MÜDDƏTİ UZADILACAQ

İpoteka kreditinin ödənilməsi üçün 450 min rubl məbləğində subsidiya çoxuşaqlı ailələr üçün effektiv dəstək tədbiridir, onun müddəti uzadılacaq.

Bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

Ümumrusiya ailə müsabiqələrinin qaliblərinin dövlət başçısı ilə görüşündə iştirak edənlərdən biri subsidiyanın çox aktual və vacib olduğuna diqqət çəkib. Prezident onu dinlədikdən sonra deyib: “Qiymətinizlə razıyam. Effektivdir. Konkret olaraq, ailə sadəcə pul alır”.

“Biz dəstək tədbirləri genişləndirəcəyik”, – Putin söz verib.

​​​ E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…