Əsas məzmuna keç

Cüdo çempionatı öncəsi məşqçilərlə iclas keçirildi

Cüdo üzrə ölkə çempionatı ərəfəsində məşqçilərlə görüş keçirilib.

Tezadlar.az xəbər verir ki, tədbirdə Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov, baş katibin müavini və idman direktoru Kamran Talıbov, eləcə də performans direktoru və kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman iştirak ediblər.

İclas zamanı çempionata hazırlıq prosesi, yarışın seçim meyarları, təşkilati məsələlər müzakirə olunub, ümumi və idman etika qaydaları üzrə tövsiyələr verilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…