Əsas məzmuna keç

DƏMİR YOLU ƏRAZİSİNDƏ ZƏNCİRVARİ QƏZA

Bu gün saat 10:15 radələrində Azərbaycan Dəmir Yollarına (ADY) məxsus yük qatarı Əhmədli stansiyasının dalan yolunda manevr edərkən dəmir yolu xəttinə yaxın məsafədə qanunsuz park edilmiş 99-FJ-595 nömrəli avtomobil qatara ilişib və yaxınlıqda dayanmış digər 7 maşınla toqquşub.

ADY-dən Tezadlar.az-a bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

ADY bir daha nəqliyyat vasitələri sürücülərinin diqqətinə çatdırır ki, dəmir yolu xətlərinə yaxın parkinq edərkən ən azı 3 metr məsafə saxlanılmalıdır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…