Əsas məzmuna keç

DƏNİZ QULDURLARI TƏRƏFİNDƏN QAÇIRILAN 17 EKİPAJ ÜZVÜ OLAN GƏMİ AZAD EDİLİB

Hindistan Hərbi Dəniz Qüvvələri dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib. Əməliyyat 40 saatdan çox çəkib. Nəticədə, bir neçə aydır əsirlikdə olan 17 ekipaj üzvünü xilas etmək mümkün olub.

Qeyd edək ki, dekabr ayında Somali yaraqlıları gəmiləri qarət etmək üçün kommersiya yük daşıyıcısını ələ keçirdilər. Lakin gəmi Hindistan hərbçiləri tərəfindən ələ keçib. Onlar yük daşıyan gəmiyə atəş açıb və 35 Somali quldurunu təslim olmağa məcbur ediblər.

Hindistan Hərbi Dəniz Qüvvələri Somali quldurlarının gəmidən açıq dənizlərdə cinayətlər üçün istifadə etməyi planlaşdırdıqlarını bildirib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…