DƏNİZDƏ BATMA TƏHLÜKƏSİ İLƏ ÜZLƏŞƏN BİR NƏFƏR XİLAS EDİLİB

Oxunma sayı: 72

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan vətəndaş – 2003-cü il təvəllüdlü Samir Abdullayev dalğıclar tərəfindən xilas edilib.

R.XUDATQIZI

 

Xəbəri paylaş

19 May