Əsas məzmuna keç

DƏRMAN ALMAĞA GƏLDİ – TELEFONU OĞURLANDI

Dərman almağa gələn müştərinin mobil telefonunu oğurlayan şəxs saxlanılıb.

Tezadlar.az xəbər verir ki, Lənkəran şəhər sakininin apteklərdən birində dərman alarkən stolun üzərinə qoyduğu “Samsung” markalı telefonunun oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqəli cinayətə görə məhkum olunmuş Seyran Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb.

Araşdırma aparılır.

R.XUDATQIZI

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…