Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dağıstan Respublikasının Xəzər Şəhər Məhkəməsi yerli müğənni Talisman Ömərovanı qətlə yetirməkdə təqsirləndirilən şəxsi həbs edib. O, iki ay həbsdə qalacaq.
Tezadlar.az xəbər verir ki, bu barədə regionun ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.
İstintaq müəyyən edib ki, 35 yaşlı kişi müğənni ilə münaqişə zamanı Ömərovanı şüşə butulka və metal tava ilə döyərək öldürüb.
“Məhkəmə istintaqın vəsatətinə baxaraq təqsirləndirilən şəxs barəsində 2 ay müddətinə, yəni 2025-ci il iyulun 21-dək həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb”, – nəşr yazır.
Təqsirləndirilən şəxsə qarşı qətl (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi) ilə cinayət işi açılıb.
E.ŞİRİNOV