Rusiya Ukrayna tərəfinə daha 1000 əsgərin cəsədini, Ukrayna isə Rusiya tərəfinə 19 əsgərin cəsədini təhvil verib.
Tezadlar.az xəbər verir ki, bu barədə TASS-a mənbə bildirib.
“1000 cəsəd Ukraynaya təhvil verilib. 19-u Rusiyaya təhvil verilib”, – mənbə bildirib.
Rusiya prezidenti Vladimir Putin iyunun 19-da bildirib ki, Rusiya tərəfi həlak olan 6 min əsgərin cəsədini Ukraynaya təhvil verib və daha 3 minə yaxın əsgəri təhvil verməyə hazırdır.
E.ŞİRİNOV







