Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Burkina-Faso, Mali, Niger, Cənubi Sudan və Suriya vətəndaşlarının Amerika Birləşmiş Ştatlarına girişi məhdudlaşdırılıb.
Bundan əlavə, əvvəllər qismən məhdudiyyətlərə məruz qalan Laos və Sierra Leone vətəndaşlarının da girişi tam məhdudlaşdırılıb.
Tezadlar.az xəbər verir ki, bu barədə dekabrın 16-da Ağ Evin saytında dərc olunan bəyanatda deyilir:
“ABŞ Prezidenti son araşdırmaya əsasən beş əlavə ölkəyə: Burkina Faso, Mali, Niger, Cənubi Sudan və Suriyaya tam məhdudiyyətlər və giriş məhdudiyyətləri əlavə edir”.
Eyni zamanda, ABŞ Türkmənistan vətəndaşları üçün qeyri-immiqrasiya vizalarına qoyulan qadağanı da aradan qaldırıb. Bununla belə, immiqrant vizalarının verilməsinin dayandırılması hələ də qalmaqdadır.
Dekabrın 4-də ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem Tramp administrasiyasının immiqrasiya qadağasına məruz qalan ölkələrin siyahısını genişləndirdiyini açıqlayıb. Onun sözlərinə görə, indi bura 30-dan çox ölkə daxildir.
JASMİN